05 May 2024
İstanbulda üç mərtəbəli bina çökdü

İstanbulda üç mərtəbəli bina çökdü

01 Dekabr 2021
Baxış: 466

İstanbulda üç mərtəbəli tərk edilmiş bina çöküb.

AJMEDİA.İNFO xəbər verir ki, Şəhərin Fatih rayonundakı binanın bir hissəsi uçulub. Tikilinin dağıntıları yola səpələnsə də, ilkin məlumatlara görə, xəsarət alan olmayıb.

Binanın boş olduğu, çökmə zamanı içərisində heç kimin olmadığı bildirilib. Buna baxmayara hadisə yerinə yanğınsöndürənlər və təcili yardım dəstələri göndərilib.

Polis ətrafda təhlükəsizlik tədbirləri alıb. Dağıntının baş verdiyi küçə piyadaların və avtomobillərin hərəkəti üçün bağlanıb.

Teqlər: İstanbul