05 May 2024
İstanbulda tarixi Vaniköy məscidində yanğın baş verib

İstanbulda tarixi Vaniköy məscidində yanğın baş verib

15 Noyabr 2020
Baxış: 1354

İstanbulun Üsküdar rayonunda yerləşən tarixi Vaniköy məscidində yanğın baş verib.

AJM-nın yerli bürosunun xəbərinə görə, səbəbi məlum olmayan yanğınla əlaqədar hadisə yerinə çox sayda yanğınsöndürən cəlb olunub.

Məscidin inşasında taxta materialdan çox istifadə olunduğu üçün yanğın sürətlə böyüyür və yanğından çıxan qatı tüstü şəhərin bir çox bölgəsindən görünür.

Hadisə ilə əlaqədar xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparıldığı bildirilir.

Teqlər: İstanbul