05 May 2024
İstanbul boğazında mina TƏHLÜKƏSİ - VİDEO

İstanbul boğazında mina TƏHLÜKƏSİ - VİDEO

26 Mart 2022
Baxış: 559

Bosfor (İstanbul) boğazının girişində mina aşkarlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Balıqçılar tərəfindən aşkar edilən mina Sarıyer-Qaripçe sahillərində tapılıb.

Hadisə yerinə dərhal Sualtı Müdafiə Qrupları cəld edilib və onun zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat başlanılıb. Hazırda boğaz gəmilərin hərəkətinə bağlanıb.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya kəşfiyyat xidməti xəbərdarlıq etmişdi ki, Rusiya Federal Müdafiə Xidməti (FSB) tərəfindən Ukraynadan çıxarılan dəniz minalarından 420-si ayrılaraq Qara dəniz və Boğazların qərbinə doğru sürüklənib. Bizim.Media