04 May 2024
“İsrailliləri öldürmüş əsirləri qaytarmayacağıq, qalanlarını isə...” – Netanyahu ŞƏRT QOYDU

“İsrailliləri öldürmüş əsirləri qaytarmayacağıq, qalanlarını isə...” – Netanyahu ŞƏRT QOYDU

23 Noyabr 2023
Baxış: 430

İsrailin Baş naziri Benyamin Netanyahu əsir mübadiləsi razılaşması ilə bağlı açıqlama verib.

AJMEDİA.İNFO Netanyahu bu razılaşmanın israilliləri öldürmüş əsirlərə şamil edilməyəcəyini bəyan edib:

“İsrail vətəndaşlarını öldürən fələstinlilər əsirlikdə qalmağa davam edəcək. Biz HƏMAS-ı məhv edənə və bütün girovlarımızı geri qaytarana qədər müharibəyə davam edəcəyik. Qəzza İsrailin gələcək siyasi və hərbi səyləri üçün təhlükə yaratmayacaq. Girovların qaytarılması üçün lazımi şərait yetişib. İnanıram ki, bu vəziyyət həm də növbəti mərhələlərdə daha çox girovun azad edilməsinə imkan verəcək”.(sfera.az)