03 May 2024
İsrailli qadın qız övladı dünyaya gətirib və bir həftədən sonra nənə oldu

İsrailli qadın qız övladı dünyaya gətirib və bir həftədən sonra nənə oldu

29 Mart 2022
Baxış: 721

Ceniferin qızı öz dayısının sünnət mərasimində dünyaya göz açıb

Patrisiya 10 il əvvəl Argentinadan İsrailə köçüb. O zamandan onun həyatında çox sevincli hadisələr baş verib.

Hayfadan olan 43 yaşlı Patrisiya Rahel Ben- Dahan "Rambam" xəstəxanasında altıncı övladını dünyaya gətirib və doğum evindən çıxar- çıxmaz nənə olub.

Bu barədə İsrail mediasına xəbər verir.

Elə həmin xəstəxanada onun 22 yaşlı qızı ilk övladını dünyaya gətirib. Bu barədə martın 27- də, bazar günü məlumat verilib.

Patrisiya danışıb ki, o, 10 il əvvəl Argentinadan iki uşağı ilə birlikdə İsrailə köçüb. Bu müddət ərzində daha dörd övladı, özü də "Rambam" xəstəxanasında dünyaya gəlib. "Bura mənim sanki ikinci evimdir", - qadın gülümsəyərək deyib.

Onun qızı Cenifer Qoldfarbın da "Rambam" xəstəxanasında uşaq dünyaya gətirməsini tamamilə təbii saymaq olar. "Anam altıncı övladını dünyaya gətirəndə mən ona zarafatla dedim ki, evə tələsmə, mən də tezliklə gələcəyəm!" Təxminən belə də alınıb.

"Mən şübhə etmirdim ki, Cenifer də buraya gələcək", - Patrisiya əlavə edib. - Nə etmək olar, bura bizim hamımızın evidir".

Patrisiyanın oğlu, Ceniferin qızı olub, aralarında yeddi gün fərq olmaqla. Yəni Ceniferin qızı öz dayısının sünnət mərasimində dünyaya göz açıb.

Biz çox həyəcanlı anlar yaşadıq, - Patrisiya deyib. - Mən bu məqamda qızımın yanında olmaq istəyirdim. Və Tanrı mənim dualarımı eşidib. Doğuşdan sonra mən evə getdim ki, öz oğlumun brit- milasında ("brit- mila" yəhidilərdə sünnət mərasimidir) iştirak edim.

Yeri gəlmişkən, Patrisiya və Cenifer başqa günlərdə də bir- birindən ayrı düşmür. Onlar qonşudur və birlikdə toy salonunda işləyir. İndi onlar birlikdə öz körpələrinə dayəlik edəcək. Moderator.az