04 May 2024
"İsrailin Qəzzaya hücumu müharibə cinayəti sayıla bilər" - BMT

"İsrailin Qəzzaya hücumu müharibə cinayəti sayıla bilər" - BMT

27 May 2021
Baxış: 630

"İsrailin Qəzzadakı mülki insanlara hücumları müharibə cinayəti sayıla bilər"

AJMEDİA.info xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə ali komissarı Mişel Baçelet deyib.

O bildirib ki, İsrailin Qəzzada vurduğu binaların hərbi məqsədlər üçün istifadə olunduğuna dair heç bir dəlil yoxdur:

“Sözügedən hücumlar "nisbətsiz" olduğu təqdirdə müharibə cinayəti hesab edilə bilər”.

Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyi 10 maydan başlayıb 21 mayda atəşkəslə sona çatan hücumlar nəticəsində, 66 uşaq və 39 qadın olmaqla, 254 fələstinlinin öldüyünü iddia edib. (axar.az)