05 May 2024
İsrailin Kiyevdəki səfirliyi işini BƏRPA ETDİ

İsrailin Kiyevdəki səfirliyi işini BƏRPA ETDİ

17 Fevral 2023
Baxış: 291

İsrailin xarici işlər naziri Eli Koen ölkəsinin Kiyevdəki səfirliyinin işini bərpa etdiyini bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb.

“İsrail bayrağı yenidən Ukraynadakı səfirliyin üzərində dalğalanır”, - Koen qeyd edib.

Diplomat vurğulayıb ki, İsrailin Kiyevdəki diplomatik missiyasına yenidən səfir Mixael Brodski rəhbərlik edəcək. İsrailin xarici işlər naziri səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələri gücləndirəcəyinə ümid etdiyini bildirib.