03 May 2024
İsrailin hərbi kəşfiyyat rəhbəri İSTEFA VERDİ

İsrailin hərbi kəşfiyyat rəhbəri İSTEFA VERDİ

22 Aprel 2024
Baxış: 252

İsrailin Hərbi Kəşfiyyat idarəsinin rəhbəri Aharon Haliva istefa verib.

AJMEDİA.İNFO İsrail mediasına istinadən xəbər verir ki, ölkənin müdafiə naziri Yoav Qalant Halivanın istefasını qəbul edib.

Bildirilir ki, Haliva ötən ilin oktyabrında HƏMAS-ın ölkəyə hücumu ilə bağlı bütün məsələlərdə rəhbərlik etdiyi qurumun işinin uğursuzluqla nəticələndiyinə görə istefa vermək qərarına gəlib.

Məlumata görə, Haliva hələ hərbi əməliyyatların ilkin mərhələsində vəzifəsini tərk etməyə qərar versə də, indi yekun qərar qəbul edib.