03 May 2024
İsrailin gələcək Baş Nazirləri MƏLUM OLDU

İsrailin gələcək Baş Nazirləri MƏLUM OLDU

03 İyun 2021
Baxış: 700

Xəbər verdiyimiz kimi, İsrailin ən böyük müxalifət partiyası "Yeş Atid"in lideri Yair Lapid lideri ölkənin prezidenti Reuven Rivlinə hökumət koalisiyasını formalaşdırmağa nail olduğunu bildirib.

AJMEDİA.info xəbər verir ki, ölkə Prezidentinin dəftərxanasında informasiyanı təsdiqləyiblər.

"Yamin”in sədri Naftali Bennett baş nazir, “Yeş Atid”in rəhbəri Yair Lapid isə alternativ baş nazir olacaq. Təxminən iki il ərzində əvəzetmə aparılacaq, bundan sonra “Yeş Atid”in rəhbəri Yair Lapid baş nazir, “Yamin”in sədri Naftali Bennett alternativ baş nazir olacaq", - deyə dəftərxananın xəbərində bildirilir.

Razılaşmaya əsasən “Yamin”in sədri Naftali Bennett 2023-cü ildə vəzifəsinin icrasına başlayacaq. Sonra 2025-ci ilin noyabrına qədər hökumətə Yair Lapid başçılıq edəcək.

Bununla da İsraildə 12 il ərzində ilk dəfə hazırkı baş nazir Binyamin Netanyahunun “Likud” partiyasının iştirakı olmadan koalisyon hökumət formalaşdırılacaq.

Qeyd edək ki, qanunvericiliyə əsasən koalisyon hökumətin tərkibini Knesset (İsrail parlamenti) təsdiqləməlidir.