03 May 2024
İsrailin Baş naziri ilk dəfə BƏƏ-yə SƏFƏR ETDİ

İsrailin Baş naziri ilk dəfə BƏƏ-yə SƏFƏR ETDİ

13 Dekabr 2021
Baxış: 531

İsrailin Baş naziri Naftali Bennet Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, onu Kral Hava Limanında BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed qarşılayıb.

Səfər çərçivəsində Bennetin Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan ilə görüşü gözlənilir. Görüşdə iki ölkənin münasibətləri arasında inkişafa və sabitliyin möhkəmlənməsinə töhfə verəcək iqtisadi məsələlər və əlaqələrin dərinləşməsi müzakirə olunacaq.

Qeyd edək ki, İsrail və BƏƏ arasında diplomatik münasibətlərin bərpası qərarından sonra Baş nazirin BƏƏ-yə ilk səfəridir.