03 May 2024
İsrailə casusluqda şübhəli bilinən iranlı polkovnik SEPAH tərəfindən öldürüldü - FOTO

İsrailə casusluqda şübhəli bilinən iranlı polkovnik SEPAH tərəfindən öldürüldü - FOTO

03 İyun 2022
Baxış: 409

İranın yüksək rütbəli zabiti Əli İsmayılzadə Kərəc şəhərinin Cahannuma məhəlləsində öz evində öldürülüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, o, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin 840-cı birləşməsinin polkovniki olub.

Bildirilir ki, hadisə mayın 30-da baş versə də, xəbər bir neçə gün sonra yayılıb. Daha maraqlı məqam isə SEPAH komandanlığının və İran rəsmilərinin onun ölümü barəsində ziddiyyətli məlumatlar verməsidir.

SEPAH rəsmilərindən bəziləri İsmayılzadənin ailəsindən ayrıldığı və sarsıntı keçirdiyi üçün intihar etdiyini, digərləri isə evinin damından yıxıldığı üçün həyatını itirdiyini iddia edir.

Hökumətə müxalif qaynaqlar isə polkovnikin İsrailə casusluqda şübhəli bilindiyi üçün SEPAH tərəfindən öldürüldüyünü bildirirlər.

Qeyd edək ki, Əli İsmayılzadənin yaxın silahdaşı SEPAH-ın yüksək rütbəli zabiti Həsən Səyyad Xudayi mayın 22-də Tehranda öz evinin qarşısında iki motosikletçi tərəfindən güllələnərək öldürülüb. Polkovnik Xudayi Qüds qüvvələrinin 840-cı birləşməsində komandir müavini olub. Həmin birləşmənin missiyası İsrail maraqlarına zərbə vurmaq və İsrail vətəndaşlarına sui-qəsd təşkil etmək, habelə region ölkələrində iranmeyilli terror qruplaşmalarını təşkilatlandırmaqdan ibarətdir.