03 May 2024
İsraildə terror aktı: Ölən və yaralananlar var - VİDEO

İsraildə terror aktı: Ölən və yaralananlar var - VİDEO

06 May 2022
Baxış: 417

İsrailin Elad şəhərinin mərkəzində Müstəqillik Günü şənliyi zamanı terror aktı baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, şahidlərin sözlərinə görə, şəhərdə atışma səsləri eşidilib.

Terrorçular üç dinc sakini öldürüb, daha dörd nəfər isə ağır yaralanıb.

Milli təcili yardım xidmətinin baş direktorunun sözlərinə görə, zərərçəkənlər güllə yarası alıblar. O, terrorçuların iki nəfər olduğunu güman edib və cinayətkarların hadisə yerindən qaçdıqlarını bildirib.

Hazırda polis onları axtarır.

Mənbə: rbc.ua