04 May 2024
İsraildə avtomobil idarə edərkən telefondan istifadəyə görə sürücülük vəsiqəsini ləğv etməyi təklif edilir

İsraildə avtomobil idarə edərkən telefondan istifadəyə görə sürücülük vəsiqəsini ləğv etməyi təklif edilir

22 Noyabr 2022
Baxış: 392

İsraildə sürücülərin 40%-i avtomobil idarə edərkən WhatsApp mesajlarını oxuyur və ya digər proqramlardan yararlanır.

AJMEDİA.İNFO-un İsrail bürosundan xəbər verir ki, bunu yol təhlükəsizliyi üçün mübarizə aparan “Or Yarok” (“Yaşıl işıq”) ictimai təşkilatının keçirdiyi sorğunun məlumatları sübut edir.

Eyni zamanda, respondentlərin 88%-i avtomobil idarə edərkən mesajların oxunması və göndərilməsinin son dərəcə təhlükəli olduğunu və qəza ilə nəticələnəcəyini etiraf edib. 78% telefonda dinamik olmadan danışmağı təhlükəli hesab edir, lakin 31% avtomobil idarə edərkən dinamiki yandırmadan danışdıqlarını etiraf edib.

31% maşın sürərkən telefonunda internetdən istifadə edir, baxmayaraq ki, 90% bu hərəkəti riskli adlandırıb.

40% isə telefondan istifadə edən sürücülərin cəzasını sərtləşdirmək və cəriməni artırmaqla razılaşıb. 22% hesab edir ki, inzibati cərimənin məbləği ən azı 3000 şekel olmalıdır, 10% isə hətta sürücülük vəsiqəsindən məhrum edilməsini təklif edib.