04 May 2024
İsraildə ABŞ və 3 ərəb ölkəsinin sammiti KEÇİRİLƏCƏK

İsraildə ABŞ və 3 ərəb ölkəsinin sammiti KEÇİRİLƏCƏK

25 Mart 2022
Baxış: 644

İsrail ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə BƏƏ, Mərakeş və Bəhreyn xarici işlər nazirləri arasında tarixi sammitə ev sahibliyi edəcək.

AJMEDİA.İNFO RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, İsrailin xarici işlər naziri Yair Lapidin dəvəti ilə baş tutacaq zirvə toplantısı martın 27-28-i planlaşdırılıb.

O da vurğulanır ki, ABŞ dövlət katibi və ərəb ölkələrinin nazirləri İsraildə bir sıra diplomatik görüşlər həyata keçirəcəklər.