03 May 2024
İsraildə 9 May Qələbə Günü ilə bağlı parad LƏĞV EDİLDİ

İsraildə 9 May Qələbə Günü ilə bağlı parad LƏĞV EDİLDİ

27 Aprel 2022
Baxış: 530

İsrailin Aliyə və inteqrasiya naziri Pnina Tameno-Şete 9 May Qələbə Günündə veteranların illik rəsmi paradının keçirilməyəcəyini bildirib.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tameno-Şete Kan "Reka" radiosuna danışıb.

Nazir paradın ləğvi və mərasimin mahiyyəti barədə qərarın İkinci Dünya Müharibəsi veteranlarının İsrail təşkilatları ilə birgə qəbul edildiyini vurğulayıb.