04 May 2024
İsrail Ukraynaya “Dəmir qübbə” sistemlərini verməkdən İMTİNA ETDİ

İsrail Ukraynaya “Dəmir qübbə” sistemlərini verməkdən İMTİNA ETDİ

13 Oktyabr 2022
Baxış: 317

İsrail Ukraynaya “Dəmir qübbə” raketdən müdafiə sisteminin elementlərini verməkdən imtina edib.

AJMEDİA.İNFO Lenta.ru-ya istinadən xəbər verir ki, Təl-Əviv Suriyada və digər qaynar nöqtələrdə Rusiya ilə strateji münasibətləri saxlamaq kursu götürüb.

Kiyev meri Vitali Kliçko bildirib ki, Ukrayna İsraillə uzun müddətdir ki, raketdən müdafiə vasitələrinin təchizatı məsələsində danışıqlar aparırdı, lakin onlar uğursuz olub.

Bu məlumatı adının gizli qalmasını istəyən ABŞ konqresmeninin köməkçisi də təsdiqləyir. Onun sözlərinə görə, “Dəmir qübbə” sisteminin Vaşinqtonun maliyyə dəstəyi ilə hazırlanmasına baxmayaraq, ABŞ administrasiyası Təl-Əvivdən mövqeyini dəyişməyi tələb etməyib.