05 May 2024
İsrail təyyarələri Oman üzərindən uça biləcək

İsrail təyyarələri Oman üzərindən uça biləcək

23 Fevral 2023
Baxış: 342

Oman Sultanlığının hakimiyyəti cümə axşamı fevralın 23-də İsrail mülki təyyarələri üçün hava məkanının açıldığını elan edib. Qərar İranın siyasi təzyiqlərinə baxmayaraq qəbul edilib.

AJMEDİA.İNFO xəbər verir ki, hava məkanının açılmasında İsrail Xarici İşlər Nazirliyinin gizli səyləri mühüm rol oynayıb. Buna baxmayaraq, Oman indiyədək qonşusu Birləşmiş Ərəb Əmirlikləri kimi İsraillə münasibətləri normallaşdırmaqdan çəkinib.
Oman hakimiyyətinin qərarı İsrail aviaşirkətlərinin Asiya ölkələrinə uçuşlarının marşrutunu azaldacaq və biletlərin qiymətini aşağı salacaq.