04 May 2024
İsrail Suriyadakı İran tərəfdarı silahlıların bazalarına hücum edib
İsrail Suriyadakı İran tərəfdarı silahlıların bazalarına hücum edib

İsrail Suriyadakı İran tərəfdarı silahlıların bazalarına hücum edib

07 Yanvar 2021
Baxış: 1845

İsrail Suriyada Şam ətrafında bir çox hədəfləri vurduğu bildirilir. Bu barədə 6 yanvar çərşənbə günü Suriya mətbuatı məlumat yayıb.

Hücumun Şamın cənubundakı Kisve bölgəsində və paytaxtın qərbindəki əl-Dimas şəhəri ətrafında həyata keçirildiyi qeyd edilir. Hər iki bölgə həm də Suriyadakı İran tərəfdarı silahlılar üçün təlim bazası kimi istifadə olunur.

İsrail Müdafiə Qüvvələri məlumatları şərh etməyib.

Suriyanın dövlət xəbər agentliyi SANA, hücumların çərşənbə günü saat 23:00-dan sonra başladığı barədə məlumat yayıb.

"İsrail düşməni, işğal altındakı Suriyanın Golan bölgəsindən cənub bölgəsindəki bəzi hədəflərə raket hücumları ilə hava hücumu etdi" deyə SANA hərbi mənbəyə istinadən yazıb.

İsrailin Golan Təpələri sakinləri partlayışlar eşitdiklərini bildiriblər.

Hücuma cavab olaraq Suriya hərbçiləri çox sayda yer-hava raketləri və digər zenit silahlarından istifadə ediblər. Hərbi bir mənbə SANA-ya İsrail raketlərinin çoxunun ələ keçirildiyini söyləyib.