04 May 2024
İsrail Suriya və İran hərbi bazalarına raketlə ZƏRBƏLƏR ENDİRDİ

İsrail Suriya və İran hərbi bazalarına raketlə ZƏRBƏLƏR ENDİRDİ

20 Avqust 2021
Baxış: 618

İsrail qırıcıları Livan hava sahəsindən istifadə etməklə Suriyanın paytaxtı Dəməşq çevrəsində bəzi hədəfləri zərbələr endirib.

AJMEDİA.İNFO SANA agentliyinə istinadən xəbər verir ki, İsrail qırıcıları Dəməşq yaxınlığındakı Kişvah dağlarında yerləşən Bəşər Əsəd qüvvələrinin və İran meyilli milislərin bazalarını vurub.

Suriya hava hücumundan müdafiə sistemləri hava hücumuna qarşılıq versə də, Dəməşqdə partlayış səsləri eşidilib.

İsrail hava hücumuna dair açıqlama yaymayıb.