05 May 2024
İsrail səfiri: “Bu il Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi iki dəfə artacaq” - VİDEO

İsrail səfiri: “Bu il Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi iki dəfə artacaq” - VİDEO

10 Aprel 2023
Baxış: 282

“Bu il Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi ən azı 2 dəfə artacaq”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik AZTV-yə müsahibəsində bildirib.

“Azərbaycan müstəqillik əldə etməzdən öncə xalqlarımız arasında tarixi münasibətlər var idi. Sonra bu hökumətlərimiz arasında sıx strateji əlaqələrə çevrildi. Azərbaycan və İsrail arasında növbəti addım ikitərəfli və iqtisadi əlaqələrin genişləndirilməsidir. İndi ölkələrimiz arasında ticarət dövriyyəsi olduqca yüksəkdir. Ancaq bu göstəricilər neft və qaz ixracına əsaslanır. Buna görə də ticarəti şaxələndirmək istəyirik. Keçən il Azərbaycana İsraildən 50 000 turist gəlirdisə, gələcək illərdə həmin rəqəm 200 000 keçə bilər. Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığımızın genişləndirilməsində müəyyən rol oynayacaq”, - deyə səfir əlavə edib.

Xatırladaq ki, 29 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramovun və İsrailin xarici işlər naziri Eli Kohenin iştirakı ilə Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyinin açılış mərasimi keçirilib.