04 May 2024
İsrail qüvvələri “İslami Cihad” liderlərindən birinin oğlunu saxlayıb

İsrail qüvvələri “İslami Cihad” liderlərindən birinin oğlunu saxlayıb

05 Dekabr 2022
Baxış: 371

Hərbçilərlə terrorçular arasında şiddətli atışma olub.

AJMEDİA.İNFO-un İsraildəki bürosunun məlumatına görə bazar ertəsi, dekabrın 5-də səhər saatlarında İsrail hərbçiləri Cenin qaçqın düşərgəsində genişmiqyaslı əməliyyat keçirərək, terror fəaliyyəti ilə bağlı bir neçə şəxsi saxlayıb. Onlar İslami Cihadın liderlərindən biri Yəhya əs-Sədinin oğlunu da həbs ediblər.

Cenin şəhərinin mərkəzində İsrail əsgərləri ilə terrorçular arasında şiddətli atışmalar olub. Fələstin mediası hərbçilərin zirehli texnikanın dəstəyi ilə müxtəlif istiqamətlərdən şəhərə daxil olduğunu, lakin barrikadalarla qarşılandığını yazıb.

Qarşıdurmalar zamanı İslami Cihad lideri Şeyx Bassam Əl-Səadinin oğlu saxlanılıb, o, 2022-ci ilin avqustunda İsrail təhlükəsizlik qüvvələri tərəfindən əsir götürülüb. Onun həbsi yaraqlıların qisas ala biləcəyi qorxusuna görə Qəzza ilə sərhəd bölgələrində ciddi məhdudiyyətlərə səbəb olub.