03 May 2024
"İsrail Qəzzaya 900 ton bomba atıb" - Fələstinli araşdırmaçı

"İsrail Qəzzaya 900 ton bomba atıb" - Fələstinli araşdırmaçı

17 May 2021
Baxış: 622

"İsrail Qəzzaya 900 ton bomba atıb".

AJMEDİA.info xəbər verir ki, bu iddia ilə fələstinli araşdırmaçı Muin Naym çıxış edib.

“İsrailin dəniz, quru və havadan başladığı bombardmanlar davam edir. İndiyədək bu hücumlarda 197 nəfər həlak olub, 1 225 yaralı var. Həlak olanların 15 faizi hərbçidir, qalanları mülki şəxslərdir”, - araşdırmaçı qeyd edib.

Naym İsrailin pilotsuz uçan aparatlarının (PUA) bu hücumda fəal rol oynadığını deyib.

Araşdırmaçı İsrail ordusunun “F-16”lardan aktiv istifadə etdiyini, ilk dəfə olaraq “F-35” qırıcılarının Fələstində tətbiq olunduğunu iddia edib.(teleqraf.az)