04 May 2024
İsrail İordaniya Vadisinin ilhaqına görə sanksiyaların qarşısını almaq üçün AB-nin 12 ölkəsinə müraciət edib

İsrail İordaniya Vadisinin ilhaqına görə sanksiyaların qarşısını almaq üçün AB-nin 12 ölkəsinə müraciət edib

15 May 2020
Baxış: 510

İsrail Xarici İşlər Nazirliyi, Avropa Birliyinin dost ölkələrindən İordan Vadisini ilhaq etmək niyyəti ilə əlaqədar İsrail əleyhinə hər hansı bir sanksiya və ya bəyannamənin təşəbbüsünün qarşısını almağı xahiş edib.

Müraciət, bu günə planlaşdırılan 27 AB xarici işlər nazirinin iclası öncəsi verilib. Görüşdə digər məsələlərlə yanaşı gələcək İsrail hökumətinin fəaliyyətinin müzakirə ediləcəyi bildirilir.

İTV Kanal 13-ün məlumatına görə, müraciət Almaniya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Çexiya, Macarıstan, Slovakiya, Xorvatiya, Sloveniya, Avstriya, İtaliya və Estoniya səfirlərinə göndərilib.

Xatırladaq ki, Avropa KİV-lərində yayılan məlumatlara görə, Fransa, Belçika, Lüksemburq, İspaniya və bir sıra digər ölkələr də daxil olmaqla bir qrup AB ölkəsi, İordan vadisinin ilhaqı vəziyyətində Avropa Birliyi tərəfindən İsrailə qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı açıqlama almağa çalışır. Təklif olunan tədbirlər arasında İsrailin Horizon 2027 elmi və texniki əməkdaşlıq proqramından xaric edilməsi də var.

Eyni zamanda, Aİ-nin Xarici İşlər üzrə Komissarı Xosep Borel bu niyyəti şərh edərkən bunu AB-nin üzvü olan bütün ölkələrin yekdil qərarı tələb olunduğundan mümkün olmayan adlandırıb.