03 May 2024
İsrail “Həmas”a belə cavab verdi - ANBAAN VİDEO

İsrail “Həmas”a belə cavab verdi - ANBAAN VİDEO

11 May 2021
Baxış: 771

İsrail Qəzza zolağından raket atəşlərinə cavab olaraq Həmas qruplaşmasının mövqelərinə hücum edir.

AJMEDİA.info xarici mətbuata istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Yonatan Konrisus məlumat verib.

Konrisus bildirib ki, axşam saat 6-dan bəri HƏMAS İsrailə qarşı açıq şəkildə hücum edir:

"Bu, İsrailə qarşı çox ciddi bir hücum hesab edirik. "Dəmir Günbəz” raketdən müdafiə sistemi tərəfindən onlarla mərmi zərəsizləşdirilib”.

Mətbuat katibi əlavə edib ki, pilotsuz təyyarə ilə Qəzza zolağında üç "Həmas” zabiti vurulub.

Qeyd edək ki, bazar ertəsi Qüdsə və ölkənin cənubunda yerləşən Aşkelon, Sderot və Qəzza zolağına bitişik ərazilərə hava hücumları olub.

İsrailə edilən raket zərbələrinə görə məsuliyyəti "Həmasın”ın hərbi qanadı "Əl-Qəssam” Briqadası öz üzərinə götürüb.