04 May 2024
İsrail HƏMAS-a qarşı müharibəni davam etdirəcək - Halevi planı TƏSDİQLƏDİ

İsrail HƏMAS-a qarşı müharibəni davam etdirəcək - Halevi planı TƏSDİQLƏDİ

22 Aprel 2024
Baxış: 263

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Herzi Halevi cənub istiqamətində müharibənin davam etdirilməsi planını təsdiqləyib.

AJMEDİA.İNFO bildirir ki, bununla bağlı İsrail Cənub Komandanlığının qərargahında iclas keçirilib. Burada Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman və komandanlığın digər zabitləri iştirak ediblər. Görüşün nəticələri ilə bağlı başqa təfərrüatlar verilməyib.

Lakin qeyd olunub ki, Halevi vəziyyəti qiymətləndirmək və müharibənin davam etdirilməsi planını təsdiqləmək üçün sözügedən iclası təşkil edib.

Xatırladaq ki, bundan əvvəl Baş nazir Benyamin Netanyahu HƏMAS-ı tezliklə vurulacaq “ağrılı və güclü zərbələrlə” bağlı xəbərdar edib. O həmçinin qeyd edib ki, qruplaşma İsrail hakimiyyətinə təzyiqləri davam etdirir və Yəhudi dövləti ərazisində əsir götürülmüş girovların azad edilməsi üçün yeni tələblər irəli sürür.

“Yaxın günlərdə HƏMAS-a hərbi və siyasi təzyiqləri gücləndirəcəyik. Çünki bu, girovlarımızı azad etməyin və məqsədimizə çatmağın yeganə yoludur”, - Netanyahu bildirib.(Sfera.az)