05 May 2024
İsrail ehtiyatda olan 360 min hərbçisini orduya ÇAĞIRDI

İsrail ehtiyatda olan 360 min hərbçisini orduya ÇAĞIRDI

10 Oktyabr 2023
Baxış: 348

İsrail hökuməti Avropa ölkələri də daxil olmaqla, 360 min ehtiyatda olan hərbçisinin çağırılması ilə bağlı qərar qəbul edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Bundan əvvəl “The Times of Israel” qəzeti hərbçilərə istinadən yazıb ki, İsrail Hərbi Hava Qüvvələri HƏMAS-a qarşı əməliyyatda iştirak edə bilmək üçün yüzlərlə hərbçisini Avropadan köçürüb.

“The Times of Israel”in nəşrindən az sonra İsrail ordusunun mətbuat xidməti son 48 saat ərzində 300 min ehtiyatda olan hərbçinin hərbi xidmətə çağırıldığını bildirib.