04 May 2024
İsrail bu ƏRƏB ÖLKƏSİ ilə 500 milyon dollarlıq hərbi müqavilə imzaladı - FOTO

İsrail bu ƏRƏB ÖLKƏSİ ilə 500 milyon dollarlıq hərbi müqavilə imzaladı - FOTO

15 Fevral 2022
Baxış: 565

Mərakeş krallığı ilə İsrail dövləti arasında hava hücumundan müdafiə sahəsində 500 milyon dollarlıq müqavilə imzalanıb.

AJMEDİA.İNFO BBC-yə istinadla xəbər verir ki, İsrailin Aerokosmik şirkəti ilə müqavilə 2021-ci ilin noyabrında iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanmasından sonra bağlanıb.

Qeyd edək ki, Mərakeş 2020-ci ilin sonunda ABŞ-ın vasitəçiliyi nəticəsində əldə edilmiş razılaşma ilə İsraillə münasibətləri normallaşdırmağa başlayıb.(Azərtac)