05 May 2024
İsrail baş diplomatı ilk dəfə Rusiyanı sərt tənqid etdi...- "Bu, Ukraynaya təcavüzdür..."

İsrail baş diplomatı ilk dəfə Rusiyanı sərt tənqid etdi...- "Bu, Ukraynaya təcavüzdür..."

01 Mart 2023
Baxış: 399

İsrailin xarici işlər naziri Eli Koen Ukraynada keçirilən xüsusi əməliyyata qiymət verərək, kəskin anti-Rusiya bəyanatı səsləndirib. Berlində Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşdə israilli siyasətçi bildirib ki, Təl-Əviv Rusiyanın xüsusi əməliyyatını təcavüz kimi qiymətləndirir və onu qətiyyətlə pisləyir.

AJMEDİA.İNFO xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb.

“Əlbəttə, biz Rusiyanın təcavüzünü pisləyirik”, - deyə Koendən sitat gətirilib.

İsrail Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, ölkəsi bu yaxınlarda BMT Baş Assambleyasında Ukrayna ilə bağlı anti-Rusiya qətnaməsini dəstəkləyib. Fevralın ortalarında isə Koen Kiyevə səfər edib.

Vladimir Zelenski ilə görüşdə o, İsrail tərəfinin Ukraynaya dəstəyi gücləndirəcəyini və ölkənin yenidən qurulmasına töhfə verməyi planlaşdırdığını əmin edib.

Moderator.az