03 May 2024
İsfəndiyar Vahabzadədən Jirinovskiyə SƏRT REAKSİYA : “Nəyi bacarırsan, onu da elə”

İsfəndiyar Vahabzadədən Jirinovskiyə SƏRT REAKSİYA : “Nəyi bacarırsan, onu da elə”

11 Avqust 2021
Baxış: 1064

“Kim nəyi bacarır, onu da eləsin. Verən versin, yazan yazsın, deyən desin”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadə deyib.“Mən bir şey demədən qabaq fikirləşib elə deyirəm. Sözümü demişəm, söhbəti uzatmağa ehtiyac yoxdur”,-deyə diplomat vurğulayıb.

Xatırladaq ki, İsfəndiyar Vahabzadənin Jirinovski və “rus milləti”ni təhqir etdiyi, “donuzlar”, “eşşək” və s. ifadələrini işlətdiyi video yayılıb. RLDP lideri Vladimir Jirinovski bu sözləri təkcə özünə deyil, bütün rus xalqına təhqir saydığını və bu səbəblə də diplomatla bağlı cinayət işinin açılması tələbi ilə Azərbaycan Prezidentinə məktub yazacağını vurğulayıb.