21 Sentyabr 2021

Azerbaijan, Baku

20°C/27°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

İri məmurlar izlənməmək üçün düyməli telefon gəzdirir

İri məmurlar izlənməmək üçün düyməli telefon gəzdirir

24 İyul 2021
Baxış: 344

Rusiyada düyməli telefonların satışı artıb. “Kommersant” qəzetinə məlumatına görə, iri riteylerlərin statistikasına əsasən, 2021-ci ilin birinci yarısında artım 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,7-26 faiz təşkil edib.

Ekspertlərin fikrincə, buna bir neçə səbəb ola bilər. Belə ki, ucuz telefonların satış faizinin artımının səbəbi Rusiyaya əmək miqrantlarının qayıtması və bağ mövsümünün başlanması ola bilər. Bununla yanaşı işçilərin məsafəli işə keçirilməsi də düyməli telefon satışını artıran sabəblərdəndir. Həmçinin daha bir amil da ondan ibarətdir ki, rusiyalılar müxtəlif növ kiberdələduzluqlara qarşı daha diqqətli olublar.

Bundan əvvəl informasiya təhlükəsizliyi üzrə ekspert Sergey Vakulin qeyd etmişdi ki, xüsusilə vacib danışıqların aparılması üçün müasir şəbəkələrə qoşulma imkanı məhdud olan düyməli telefon əldə etmək məsləhətdir. “Həm Rusiyalı, həm də xarici milyarderlər, iri məmurlar izlənməmək üçün ox vaxt düyməli telefon gəzdirir. Düyməli telefonu dinləmək çox çətindir, çünki orada 3G, LTE və s.yoxdur”, — Vakulin deyib.

virtualaz.org