05 May 2024
İranla əlaqə kəsildi: “Azərbaycan geri çəkilmir, danışıqlar aparılmır” - PARSYAN

İranla əlaqə kəsildi: “Azərbaycan geri çəkilmir, danışıqlar aparılmır” - PARSYAN

27 Avqust 2021
Baxış: 639

Bu gün Qafan-Gorus yolunun azərbaycanlılar tərəfindən bağlanan hissələrinin açılması ilə bağlı üçtərəfli danışıqlar bərpa edilməyib.

AJMEDİA.İNFO teleqraf.com-a istinadən xəbər verir ki, bunu Qafan bölgəsinin rəhbəri Gevorq Parsyan deyib.

Onun sözlərinə görə, danışıqların gün ərzində yenidən davam etdirilməsi planlaşdırılır.

Parsyan bildirib ki, Qafan-Gorus dövlətlərarası yolunun Gorusdan Vorotana gedən hissəsinin bağlanması səbəbindən Vorotan, Şurnux və Bartsravan kəndləri təcrid olunub:

“Kəndləri birləşdirən yollar var, amma çox pis vəziyyətdədirlər. Məsələ burasındadır ki, M2 yolu bağlıdır, bu, nəinki Sünik (Zəngəzur), həm də bütövlükdə Ermənistan üçün ciddi problemlər yaradır, çünki İranla əlaqə kəsilib”.

Qeyd edək ki, ötən gün erməni hərbçilərinin əsgərimizi yaralamasından sonra Azərbaycan Ordusunun Gorus-Qafan yolunu bağlaması haqda məlumat yayılıb.