03 May 2024
İranın ali dini rəhbərinin bacısı qızı HƏBS EDİLDİ - FOTO

İranın ali dini rəhbərinin bacısı qızı HƏBS EDİLDİ - FOTO

24 Noyabr 2022
Baxış: 447

İranın ali dini rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani həbs edilib.

AJMEDİA.İNFO “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə siyasi fəalın qardaşı Mahmud Muradxani bildirib.

Onun sözlərinə görə, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq həbsxanaya aparılıb.

Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT Nazirliyi tərəfindən həbs edilmişdi və may ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılmışdı.

Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start vermişdi.

2018-ci ilin iyununda da o Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra həbs edilib.