04 May 2024
İranı Suriyadan tamamilə çıxaracağıq - Qalant

İranı Suriyadan tamamilə çıxaracağıq - Qalant

03 Aprel 2023
Baxış: 443

İsrail Suriyada İran ordusuna qarşı hərbi əməliyyatlara başlamağa hazırdır və əsas məqsəd onları qonşu dövlətdən sıxışdırıb çıxarmaqdır.

Bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

“Əgər Tehran İsrail sərhədləri yaxınlığında ordusunun mövqelərini həddindən artıq gücləndirsə, Təl-Əviv onların Suriyadan çıxarılmasına qədər döyüşəcək. İsrail nə İran, nə də Livanın Hizbullah qruplaşmasının ölkə vətəndaşlarına zərər vurmasına icazə verəcək. Dövlət təhlükəsizliyinə hər tərəfdən təhdidlər artıb. Xüsusən də Tehran İordan çayının qərb sahili və Qəzzaya təsir etməkdə davam edir”, - o bildirib.