03 May 2024
İranda PUA hazırlayan məşhur alimin MEYİTİ TAPILDI

İranda PUA hazırlayan məşhur alimin MEYİTİ TAPILDI

04 İyun 2022
Baxış: 430

İranın aerokosmik texnika və aeronavtika sahəsində tanınmış alimi, pilotsuz uçan aparatların hazırlanması ilə məşğul olan Əyyub Ənsari dünyasını dəyişib. Onun meyiti yaşadığı mənzildə aşkarlanıb.

AJMEDİA.İNFO İran KİV-lərinə istinadən xəbər verir ki, Ənsarinin qida zəhərlənməsindən öldüyü ehtimal olunur.

Alimin ölümündə şübhəli məqamların olduğu istisna edilmir. Onun MOSSAD tərəfindən zəhərlənərək öldürüldüyü iddia olunur.

Hələlik rəsmi qurumlar bu iddialara münasibət bildirməyib.