05 May 2024
İranda İffət və Hicab Mərkəzinin rəhbəri homoseksual çıxdı

İranda İffət və Hicab Mərkəzinin rəhbəri homoseksual çıxdı

21 İyul 2023
Baxış: 484

İranın Gilan əyalətinin Mədəniyyət və İslami Təbliğat İdarəsinin rəhbəri, İffət və Hicab Mərkəzinin təsisçisi Rza Siqqəti həmcinsi ilə intim münasibətlərinə görə işdən çıxarılıb.

Bu barədə təfərrüatı açıqlamadan Gilan əyalətinin "Gil xəbər" saytı məlumat yayıb.

İranın mədəniyyət və islami təbliğat naziri Məhəmməd Mehdi İsmaili Rza Siqqətinin işdən qovulması xəbərini təsdiqləyib. Nazir R.Siqqətinin işdən azad edilməsini bir sıra nöqsanlara yol verməsi ilə əlaqələndirib.

Qeyd edək ki, homoseksullığına görə işdən çıxarılan vəzifəli şəxs Gilan əyalətində məcburi hicab qaydalarını pozan qadın və qızlara qarşı qəddarlığı ilə məşhurdur.axar.az