04 May 2024
"İran qlobal sabitliyi təhlükəyə atıb” - İsrailin Xarici İşlər naziri

"İran qlobal sabitliyi təhlükəyə atıb” - İsrailin Xarici İşlər naziri

22 Yanvar 2023
Baxış: 345

İsrailin xarici işlər naziri Eli Kohen İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü iclasında İranın qlobal sabitliyi təhlükə altına atdığını deyib və bütün ölkələri İranın təhdidlərini ciddi qəbul etməyə çağırıb.


Bu barədə "Azad İran" teleqram kanalında məlumat verilib.

Bildirilib ki, Albaniyanın baş naziri ilə görüşdə o, rəsmi Tirananın Tehranla diplomatik əlaqələri kəsmək addımını təqdir edib.

Xatırladaq ki, Albaniya hökuməti daha öncə İran rejiminə bağlı qruplaşmaların kütləvi haker hücumlarından sonra İranla münasibətlərini kəsib.

Bizim.Media