04 May 2024
İran prezidenti İsrail texnologiyasına qadağa qoyur

İran prezidenti İsrail texnologiyasına qadağa qoyur

28 May 2020
Baxış: 485

İsrailin Hayom qəzeti xəbər verir ki, İsrailin proqram və texnikasından istifadə qadağan altındadır. Beləliklə, ölkədə özlərini "sionist rejimin alovlandığı müharibədən" qorumağa ümid edirlər.

İran prezidenti Həsən Ruhani artıq daxili işlər, kəşfiyyat, xarici işlər və müdafiə nazirliklərinə müvafiq qanun hazırlamağı tapşırıb. Bu barədə çərşənbə axşamı açıqlanıb. Bundan əvvəl İran parlamenti və İslam qanunlarının tətbiqinə nəzarət orqanı olan Konstitusiya Mühafizə Şurası qanunvericilik təşəbbüsünü təsdiqləmişdir.

"Qanun layihəsinin birinci maddəsinə görə, bütün İran hakimiyyəti sionist rejimin tədbirlərinə, o cümlədən sonuncunun hərbi və terror aktlarına, mühasirəyə (Qəzza zolağı), yaşayış məntəqələrinin inşasına, Fələstin xalqının sıxışdırılmasına və torpaqların işğalına (məsələn, Golan) qarşı mübarizə üçün ölkənin regional və beynəlxalq imkanlarından istifadə etməlidir." - İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Hüseyin Nakavi Hosseini belə deyib.

O, "sionistlərin xeyrinə hər hansı bir əməkdaşlıq və ya nəzarətin Allaha qarşı düşmənçilik olduğunu və dünyadakı korrupsiyanı dəstəklədiyini" və bütün platformalarda İranda İsrail proqramının istifadəsinin qadağan olduğunu bildirib.

İran KİV-lərinin məlumatına görə, yeni qanun "İsrail istehsalı olan malların İran əraziləri üzərindən tranziti, həmçinin İsrail vətəndaşları və firmalarının İran daxilində keçirilən sərgilərdə iştirakına qadağa qoyur".

Bu dəyişikliklərlə əlaqədar olaraq İran siyasətçiləri Fələstin ərazilərində virtual İran səfirliyinin yaradılmasına zəmin yaradacaqlar. Bu Xarici İşlər Nazirliyinə həvalə edilmişdir. Fəaliyyətləri barədə kabinetə məlumat veriləcəyi bildirilir.