05 May 2024
İran Prezidenti islam ölkələrini İsrailə qarşı birləşməyə ÇAĞIRDI

İran Prezidenti islam ölkələrini İsrailə qarşı birləşməyə ÇAĞIRDI

10 Aprel 2023
Baxış: 271

İran Prezidenti İbrahim Rəisi suriyalı həmkarı Bəşər Əsəd və Əlcəzair Prezidenti Əbdülməcid Teboun ilə telefon danışığı zamanı islam ölkələrini İsrailə qarşı birləşməyə çağırıb.

AJMEDİA.İNFO xəbər verir ki, İran mediasının məlumatına görə, Rəisi həmkarları ilə söhbətləri zamanı “İslam ölkələrinin sionist rejimə qarşı vahid cəbhəsinin yaradılmasının zəruriliyini” vurğulayıb.

Teboun isə bu təkliflə razılaşıb. Əlcəzair lideri İran İslam ölkələrinin əməkdaşlığı ilə "Fələstin xalqının sionistlərin boyunduruğundan azad ediləcəyinə" ümidvar olduğunu bildirib.(Sfera.az)