04 May 2024
İran Natanzdakı nüvə təsisatında təxribat törətməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb

İran Natanzdakı nüvə təsisatında təxribat törətməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb

17 Aprel 2021
Baxış: 1113

İran Natanzdakı nüvə təsisatında təxribat törətməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb.

AJM-nın xəbərinə görə, bu barədə İran televiziyası məlumat yayıb.

Bildirilib ki, nüvə təsisatında təxribat törətməkdə şübhəli bilən şəxs 43 yaşlı Rıza Kərimidir. O bu təsisatda çalışıb. Təhlükəsizlik qüvvələri tərəfindən onun kimliyi aşkar edilən kimi Rıza Kərimi İranı tərk edib.

"Onun həbsi və ölkəyə qaytarılması üçün bütün lazımı və hüquqi addımlar atılır", - deyə İran televiziyası bildirib.

Xatırladaq ki, ötən həftə İranda Natanz Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. İran hökuməti bunu təxribat adlandırıb və İsraili günahlandırıb.

Teqlər: İran