05 May 2024
"İran məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıdır” - Zərif

"İran məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıdır” - Zərif

26 May 2021
Baxış: 583

“İran Cənubi Qafqazdakı problemlərin ölkələrin ərazi bütövlüyünə və xalqların hüquqlarına hörmətlə sülh yolu ilə həll olunmasının tərəfdarıdır”.

AJMEDİA.info xəbər verir ki, bunu Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti şərh edərkən deyib.

Zərif qeyd edib ki, bölgədə hər gərginləşmə və hər bir ölüm böyük narahatlığa səbəb olur və bu məsələ bir an əvvəl sülh yolu ilə həll edilməlidir.

O, Tehranın məsələnin sülh yolu ilə həllinə töhfə vermək istədiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, səfər çərçivəsində İran XİN rəhbərinin Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyanla görüşü baş tutacaq.