03 May 2024
İran İsrailin nüvə reaktoru modelinə HÜCUM ETDİ

İran İsrailin nüvə reaktoru modelinə HÜCUM ETDİ

27 Dekabr 2021
Baxış: 583

İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi hava qüvvələri İsrailin Dimon şəhəri yaxınlığındakı Negev səhrasında yerləşən nüvə reaktorunun modelinə zərbəni sınaqdan keçiriblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, Dimon nüvə reaktoruna zərbənin məşqi Böyük Peyğəmbər-17 təlimi çərçivəsində baş tutub.

Reaktorun “modeli” 16 ballistik raket və 5 PUA ilə məhv edilib. Bildirilib ki, reaktorun modelinə hücum yüksək dəqiqliklə həyata keçirilib.

Qeyd edək ki, SEPAH 20 dekabrdan Böyük Peyğəmbər-17 təlimi keçirib. 5 gün davam edən və Xuzistan, Buşəhr və Hörmüzqan əyalətlərində baş tutan təlimlərdə quru, hərbi-dəniz və hərbi-hava qüvvələri, o cümlədən “Bəsic” könüllüləri iştirak edib.