03 May 2024
"İran İsrailə məxsus gəmiyə edilən təcavüzün əvəzini ödəyəcək"

"İran İsrailə məxsus gəmiyə edilən təcavüzün əvəzini ödəyəcək"

28 Fevral 2021
Baxış: 1582

İsrailin Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri Dani Danone İranı Oman Körfəzindəki yük gəmisindəki partlayışda günahlandırıb.

Bu barədə o, Twitter səhifəsində yazıb

Danone, "Sükut etməyəcəyik. İranlılar ölkəmizə qarşı təcavüzün hər hansı təzahürü üçün yüksək bədəl ödəyəcək" deyə bildirib.

Şərhi Müdafiə naziri Benni Gantzın ilk qiymətləndirmənin hücumun İran tərəfindən edildiyini ifadə etdiyini söyləməsindən sonra baş verib.

Daha sonra İran donanması gəmisinin İsrail iş adamına məxsus MV Helios Ray-a batmaq və heyət üzvlərini yaralamaq niyyətində olmadan iki raket atdığı bildirilib. Hücumun nüvə alimi Möhsün Fəxrizadənin ölümü üçün qisas alınması məqsədi ilə həyata keçirildiyi güman edilir.