03 May 2024
İran İsrail yük gəmisini vurdu

İran İsrail yük gəmisini vurdu

26 Mart 2021
Baxış: 1606

İran Hindistan okeanında İsrailin "XT Management" şirkətinə məxsus yük gəmisinə raket zərbəsi endirib.

Kanal 12-nin məlumatına əsasən gəmi vurulma nəticəsində zərər gördüyü bildirilir.

Hesabat mənbəyi olmadan İran raketinin İsrail konteyner gəmisinə düşdüyü bildirilir. Hadisə Hindistan və İran arasında dəniz yolunun sektorunda baş verib. İsrail gəmisi Tanzaniyadan Hindistan marşrutu üzrə hərəkət edib.

İsrailin təhlükəsizlik orqanları, eləcə də Hayfada "XT Management" şirkətinin sahibi Udi Angelə hadisə barədə məlumatlar verildiyi bildirilir.

Gəmi hərəkətini Hindistana doğru davam etdirir və orda zərərin qiymətləndirilməsini tərtib edəcək.