04 May 2024
İngiltərənin Ridinq şəhərində törədilən terror hadisəsi nəticəsində ölən və xəsarət alanlar var

İngiltərənin Ridinq şəhərində törədilən terror hadisəsi nəticəsində ölən və xəsarət alanlar var

21 İyun 2020
Baxış: 390

İngiltərənin Ridinq şəhərində terror hadisəsi törədilib.

AJM xəbər verir ki, parkda iki qrupu hədəf alan naməlum şəxs bıçaqla insanlara boyun və qol nahiyələrindən xəsarət yetirib. Hadisə nəticəsində üç nəfər ölüb, üç nəfər isə yaralanıb. Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin törətməkdə şübhəli bilinən 25 yaşlı şəxs saxlanılıb. Polis hücumun terror hadisəsi olduğunu açıqlayıb.

Baş Nazir Boris Conson hadisənin dəhşətli olduğunu ifadə edərək, təhlükəsizlik qüvvələrinə təşəkkürünü bildirib.