04 May 2024
İngiltərənin müdafiə naziri əfqanlara ölkələrindən qaçmağın YOLUNU GÖSTƏRDİ

İngiltərənin müdafiə naziri əfqanlara ölkələrindən qaçmağın YOLUNU GÖSTƏRDİ

26 Avqust 2021
Baxış: 713

İngiltərə Müdafiə naziri Ben Uolles təyyarəylə Əfqanıstanı tərk edə bilməyən qaçqınlara başqa yol tapmalarını deyib.

AJMEDİA.İNFO xəbər verir ki, o, bu barədə “Tayms” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, xarici missiyalarla əməkdaşlıq edən bir çox Əfqanıstan vətəndaşı ölkəni ələ keçirmiş Taliban yaraqlılarının qisası qorxusundan ölkəni tərk etməyə çalışır, lakin güclü axın səbəbindən Kabil hava limanına gedən insanların hamısı təyyarələrə sığa bilməz.

Uolles, eyni zamanda Əfqanıstanla qonşu ölkələr arasındakı bütün quru sərhəd keçidlərinin Talibanın nəzarətində olduğunu deyib. Bununla əlaqədar olaraq müdafiə naziri Əfqanıstandan qaçmaq istəyənlərə başqa quru yollarını axtarmağı tövsiyə edib. Onun fikrincə, bu ən təhlükəsiz variantdır.(teleqraf.com)