04 May 2024
İngiltərədə iyulun 4-dən bir sıra məhdudiyyətlər aradan qaldırılacaq

İngiltərədə iyulun 4-dən bir sıra məhdudiyyətlər aradan qaldırılacaq

23 İyun 2020
Baxış: 423

İngiltərədə yeni növ koronavirus infeksiyası (COVID-19) ilə bağlı tətbiq edilən bir sıra məhdudiyyətlər iyulun 4-dən etibarən aradan qaldırılacaq.

AJM-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson Aşağı Palatadakı çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, iyulun 4-dən restoranlar, iaşə obyektləri, hotellər, kinoteatrlar, muzeylər və kitabxanalar açılacaq: "Yeni qaydalara əsasən, maksimum 30 nəfərin iştirak etdiyi toy məclislərinə icazə veriləcək. Bundan başqa, bərbərxanalar, açıq havadakı idman zalları və oyun meydançaları da açılacaq".

Baş Nazir deyib ki, iyulun 4-dən sosial məsafə bir metrə endiriləcək: “Buna görə insanlar mümkün olan yerdə iki metrlik məsafə saxlamalı, ancaq mümkün olmayan yerlərdə isə minimum bir metr məsafə saxlamalıdır”.

B. Conson qeyd edib ki, hökumət ikinci dalğa riskinin olduğuna inanmır.

O vurğulayıb ki, bütün məhdudiyyətlər bir anda qaldırıla bilməz, bunun üçün bir az daha zamana ehtiyac var.

Aron Hanukaev