04 May 2024
İnanılmaz layihə: Yapon və İsrail şirkətləri razılaşdı - Ayda istehsal...

İnanılmaz layihə: Yapon və İsrail şirkətləri razılaşdı - Ayda istehsal...

18 Avqust 2021
Baxış: 802

Fərqli ölkələr Ayda uzunmüddətli missiyaların həyata keçirilməsi üçün mümkün texnologiyalar axtarmağa davam edirlər.

AJMEDİA.İNFO xəbər verir ki, Yaponiyanın “Ispace” və İsrailin “Helios” şirkətləri Yerin peykində oksigen istehsal etməyi hədəfləyən layihədə əməkdaşlıq edəcək.

Şirkətlər Aydan əldə edilən torpağı yüksək temperaturda əridib elektroliz edərək oksigen istehsalına çalışacaqlar.

Layihə haqda danışan “Ispace”nin icraçı direktoru Xakamada Takeşi bildirib ki, proyekt daha çox oyunçunu bu bazara girməyə təşviq edəcək.

“Helios”un rəhbəri Conatan Gefman isə deyib ki, Ayın torpağından oksigen istehsalı Yerin peykindəki gələcək elmi fəaliyyətlər üçün həyati əhəmiyyət daşıyacaq.

Layihə çərçivəsində İsrail şirkəti 1 ton Ay torpağından 250 kiloqram oksigen əldə etməyi hədəfləyir.

“Ispace” 2023-25-ci il ​​dövründə texniki təchizat təmin edəcək.(teleqraf)