04 May 2024
İlon Maskdan şirkətində çalışan stüardessaya ƏXLAQSIZ TƏKLİF: "Erotik masaj et, sənə at alım..."

İlon Maskdan şirkətində çalışan stüardessaya ƏXLAQSIZ TƏKLİF: "Erotik masaj et, sənə at alım..."

20 May 2022
Baxış: 527

İş adamı İlon Mask haqqında təcavüz iddiası yayılıb.


AJMEDİA.İNFO bildirir ki, “SpaceX” şirkətində çalışan stüardessalardan biri Maskın ona təcavüz etdiyini irəli sürüb. Bu barədə “İnsider” xəbər portalında məlumat dərc olunub.


Belə ki, sözügedən stüardessa bildirib ki, İlon Mask masaj zamanı ondan “daha çox iş görməsini” istəyib. Şok iddia bununla bitməyib, qadın işçi Maskın ona cinsi orqanını göstərdiyini də deyib. Adı açıqlanmayan qadın hadisə barədə “SpaceX”ə məlumat verdikdən sonra işdən çıxma müqaviləsi çərçivəsində ona 250 min dollar ödənilib.


“İnsider”in əldə etdiyi sənədlərə görə, gənc qadın, iş adamını çılpaq şəkildə özünü göstərməkdə, razılığı olmadan ayağını ovuşdurmaqda və erotik masaj müqabilində ona at almağı təklif etməkdə ittiham edib.


Stüardessa deyib ki, milyarder 2016-cı ilin sonunda uçuş zamanı ondan "tam bədən masajı üçün" otağına gəlməsini istəyib. Qadın Maskı bədəninin aşağı yarısını örtən çarşaf istisna olmaqla, tamamilə çılpaq görüb. Hadisə Londona uçuş zamanı baş verib və qadın bu təkliflərdən imtina edib.


Qeyd olunub ki, stüardessa işə başlayandan sonra Mask ona masajçı olmaq üçün lisenziya almasını da deyib. İddialara görə, hətta Mask şəxsi kabinəsində masaj seansı zamanı qadına evlilik təklifi də edib.


Məlumata əsasən, “SpaceX” işçilərinin rahatlığı və iş stresindən xilas olması üçün şirkət daxilində masajçıların işə götürülməsi prinsipini qəbul edib. Bu hadisələr həm də qeyd olunan şirkət siyasəti ilə bağlıdır.


Mövzu ilə bağlı Mask, "Əgər cinsi təcavüzə meylli olsaydım, 30 illik karyeramda ilk dəfə bunun baş verməsi ehtimalı az olmazdı”, deyərək baş verənlərin ona zərər vermək istəyənlər tərəfindən uydurulmuş bir hekayə olduğunu söyləyib. “SpaceX”in hüquq üzrə vitse-prezidenti Kristofer Kardaçi isə şərh verməkdən imtina edib.(sfera.az)