03 May 2024
İlk dəfə: İsraildən Qətərə birbaşa uçuşlar açılır, viza tələb olunmur

İlk dəfə: İsraildən Qətərə birbaşa uçuşlar açılır, viza tələb olunmur

13 Noyabr 2022
Baxış: 414

Dünya çempionatı zamanı minlərlə israilli Fars körfəzinin bu ölkəsinə səfər edə biləcək

AJMEDİA.İNFO-un İsraildeki bürosundan xəbər verilir ki, minlərlə israilli azarkeş və turist Dünya Kuboku zamanı Təl-Əvivdən birbaşa reyslərlə Qətərə uça biləcək. Noyabrın 10-da məlum olduğu kimi, İsrail və Qətər nümayəndələri Beynəlxalq Futbol Federasiyasının (FİFA) köməyi ilə hava hərəkətinin açılması barədə razılığa gələ biliblər.

İndiki mərhələdə Ben Qurion hava limanından çempionat oyunlarının keçiriləcəyi Qətərin paytaxtı Dohaya hansı şirkətlərin fasiləsiz uçuşlar həyata keçirəcəyi bəlli deyil.