03 May 2024
İlham Əliyev onu VƏZİFƏSİNDƏN AZAD ETDİ - YENİ TƏYİNAT

İlham Əliyev onu VƏZİFƏSİNDƏN AZAD ETDİ - YENİ TƏYİNAT

06 Oktyabr 2021
Baxış: 670

Prezident İlham Əliyev Azərbaycanın Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini vəzifəsindən geri çağırıb.

AJMEDİA.İNFO xəbər verir ki, sərəncama əsasən, Hidayət Xuduş oğlu Orucov Azərbaycanın Qırğız Respublikasındakı səfiri vəzifəsindən azad edilib.

Prezident Hidayət Orucovu geri çağırdı

Dövlət başçısının digər sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xatırladaq ki, 77 yaşlı H. Orucov 2006- 2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləyib. 2012-ci ildən bəri isə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edirdi.

Azərbaycan Qırğızıstana yeni səfir təyin edib